18 yanvar 2015 12:15

Roman Qriqorçuk: Kamran Ağayev yaxşı mənada dəyişib

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Antalya toplanışının gedişatı ilə bağlı azerisport.az saytının suallarını cavablandırıb.

- Toplanışın geridə qalan hissəsi barədə nə deyə bilərsiniz?
- Hazırlığın ilk mərhələsi məndə müsbət emosiyalar yaratdı. Uşaqların işə məsuliyyətindən, çalışqanlığından çox razıyam. İşə belə yanaşma ilə biz inkişaf edə bilərik.

- Yəqin ki, yerli futbolçularla iş daha çətin oldu?
- Əksinə, mənə elə gəlir ki, bəzi legionerlər lazım olan səviyyədə işləmirdi.

- "Adanaspor" və "Vorskla" üzərində qələbələri necə şərh edə bilərsiniz?
- İdmanda qələbələr həmişə müsbət emosiyalara yol açır. Amma biz bu nəticələrin böyük önəm kəsb etdiyini deyə bilmərik. Bunlar adi yoxlama görüşləri idi. Sadəcə, "Vorskla" ilə görüşdə istədiyimiz futbolu gördüyümüzü deyə bilərəm. Bu, nəticədən daha önəmlidir.

- Siz bütün mövqelərə oyunçu lazım olduğunu demişdiniz. Amma hazırda yalnız müdafiə xəttinə yeni futbolçu almamısınız...
- Konkret mövqelər üzrə danışmağı xoşlamıram. Amma güclənmək lazımdır. Bizə iki yeni oyunçu lazımdır.

- Kamran Ağayevin necə emosional futbolçu olduğunu hamı bilir. Sizin Dmitri Bezotosnını kluba dəvət etməyiniz ona təsirsiz ötüşməyib...
- Sizinlə razılaşa bilmərəm. Əksinə, mən toplanışın ilk günlərində gördüklərimi indiki ilə müqayisə etsəm, yaxşıya doğru dəyişikliklərin olduğunu deyə bilərəm.

- Sualı belə qoyaq: Demək olar ki, siz komandaya daha çox güvəndiyiniz futbolçuları dəvət edirsiniz?
- Siz istədiyiniz formada suallar verə bilərsiniz. Amma mən yenə də nəyi necə görürəmsə, elə cavablayacağam. Sizinlə razıyam ki, Dimanı yaxşı tanıyıram və onun güclü qapıçı olduğunu hesab edirəm. Amma bu, onun bir nömrə olacağına əsas vermir. Onu ona görə dəvət etmişək ki, qapı xəttimiz daha güclü olsun. Hazırda dörd qapıçımız var. Futbolda isə hər şey çox sürətlə dəyişir. Qapıda hər zaman bu gün üçün ən yaxşı olan duracaq.

- Hazırlıq istədiyiniz kimi keçir?
- Daha artığına nail ola bilərdik. Amma müəyyən məqamları nəzərə alsaq, yenə də maksimum çalışmışıq. Əminəm ki, yaxşı hazırlaşmışıq.

- 19 yaşlı Tellur Mütəllimovu sizin bu toplanışın tapıntısı saymaq olar?
- O, hazırda gənclər arasında ən yaxşılardandır. Bizim tələblərimizi zamanında dərk edə bildi.

- Belə yaxşı gələcək vəd edən futbolçularımız çox olsa da, onları tez itirmişik...
- Azərbaycanlı futbolçulara qarşı ehtiyatlı davranmalıyıq. Burada legioner limiti də var. Amma istənilən halda hər kəsin əsas heyətə düşmək şansı var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.