18 yanvar 2015 19:45
Simurq Qazaxıstan klubu tərəfindən darmadağın olundu
Türkiyədə təlim-məşq toplanışında olan "Simurq" bu gün qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Zaqatala klubu üçüncü sınağında Qazaxıstanın "İrtış" komandası ilə münasibətlərinə aydınlıq gətirib.
Qarşılaşma Azərbaycan təmsilçisinin böyük hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, "Simurq" əvvəlki yoxlama oyunlarında Qazaxıstanın "Şaxtyor" klubuna 3:1 hesabıyla qalib gəlmiş, Almaniya "Duysburq"una 1:4 hesabıyla uduzmuşdu.
Yoxlama oyunu
18 yanvar
"Simurq" - "İrtış" - 0:3 (0:2)
