18 yanvar 2015 01:00
Hindistanlılar millimizin baş məşqçisinə göz dikib
Hindistan Futbol Federasiyası Azərbaycanın 19 yaşlılardana ibarət yığmasının baş məşqçisi Nikolay Adamın xidmətində maraqlıdır. Azerisport.az xəbər verir ki, onlar almaniyalı mütəxəssisi ölkələrinin U-17 komandasının sükanı arxasında görmək istəyirlər.
Bu barədə Federasiyanın baş katibi Kuşal Das məlumat verib. O, Adamın namizədlər siyahısında olduğunu bəyan edib.
