Ruben Sxakeni İnterə kim gətirib?
"İnter"in hollandiyalı futbolçusu Ruben Sxaken komandasının hazırlığından, eləcə də Azərbaycan çempionatını seçmə səbəbindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırlıq yaxşı keçir. Toplanışda bunların olması normaldır. Mənə bir neçə təklif var idi. Amma mənim seçimim bu komanda oldu. Çünki "İnter"in vitse-prezidenti Roland Vromansla tanışam. O, mənə bu klubda oynamağı təklif etdi, Bakıdan danışdı. İnternetdə də baxdım və gördüm ki, bu, yaxşı variantdı. Mənə Çindən də təklif var idi. Amma o, ürəyimcə olmadı. Artıq 32 yaşım var hesab etdim ki, ailəmlə birgə Bakıda olmağım daha yaxşıdır".
"Klubda hər kəslə münasibətlərim yaxşıdır. Xüsusilə də Yussef Fennixlə. O, komanda barədə mənə danışır. Digər hollandiyalılardan Leroy Corcu tanıyıram. Onun məndə nömrəsi var. Amma ona zəng etməmişəm. Bu, mənim tərəfimdən qeyri-peşəkarlıq olar. Klub rəhbərliyi də belə hesab edir ki, bu, artıq olar".
