17 yanvar 2015 22:10

Qurban Qurbanov: Bir oyunçu alacağıq

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiyanın "Split" klubuna uduzduqları (1:3) oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Bu, bizim toplanış çərçivəsindəki ilk oyunumuz idi. Oyundan razı qaldım. Birinci hissədə gəncləri oynatdıq, ikinci yarıda əsas heyəti. Fasilədən sonra topa nəzarət bizdə idi. Maraqlı oyun alındı. Hər şey var idi, qollar da, qol vəziyyətləri də. Belə olacağını gözləmirdim. İki qolu öz səhvlərimizdən buraxdıq. Futbolçular bir qədər diqqətli olmalıdılar".

Qurbanovun sözlərinə görə, yetirmələrinin heç də hamısı qış fasiləsindən yaxşı forma ilə qayıtmayıb: "Uşaqlar istirahətdən yenicə qayıdıblar. 80 faizi yaxşı formamadır. Amma bəziləri fiziki hazırlıq zamanı zəif nəticə göstərdi. Zaman var və bu çatışmazlıqları aradan qaldırmalıyıq".

Baş məşqçi Muarem Muarem Türkiyənin "Əskişəhərspor" klubuna mümkün keçidi barədə də fikirlərini açıqlayıb: "Danışıqlar hələlik, dayandırılıb. Hər şeyə yaxın günlərdə aydınlıq gələcək. Transferin rəsmiləşməsinə mane olan bəzi məsələlər var. Məsələn, Türkiyə klubu Muaremə görə çox az pul təklif edir. Biz özümüz də onun Super Liqada oynamasını istəyirik. Amma onun komandamız üçün necə vacib futbolçu olduğunu da bilirik. Muarem yalnız iki klub arasında razılıq əldə olunacağı halda gedə bilər".

Ağdamlıların çalışdırıcısı mümkün transferlərlə də bağlı açıqlama verib: "Bir neçə futbolçu ilə maraqlanırıq. Yəqin ki, bu qış bir futbolçu alacağıq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.