17 yanvar 2015 20:00
Güvənc Kurtar: Qəbələnin gənc üzvlərinə daha çox oyun təcrübəsi lazımdır
Türkiyənin "Adanaspor" klubunun baş məşqçisi Güvənc Kurtar bu gün "Qəbələ"yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında "Rəvan"ın sabiq çalışdırıcısı 2:3 hesablı məğlubiyyətlərini belə şərh edib:
"Maraqlı oyun oldu. Bu, bizim toplanış çərçivəsindəki ilk oyunumuz idi. "Qəbələ"nin yaxşı gənc futbolçuları var. Onlara daha çox oyun təcrübəsi lazımdır".
