17 yanvar 2015 19:45
Qarabağ - Split matçını azərbaycanlı hakimlər idarə edəsi olmadı
Bu dəqiqələrdə keçirilən Azərbaycan çempionu "Qarabağ"la Xorvatiya "Split"i arasındakı yoxlama oyunu azərbaycanlı hakimlərə tapşırılmışdı. Amma azerisport.az xəbər verir ki, son anda bu oyunu idarə etməyə türkiyəli hakimlər çıxıblar.
Bu oyunda baş haki funksiyasını yerinə yetirməli olan Əliyar Ağayev saytımıza açıqlamasında bunları söyləyib: "Biz oyuna getdik və gördük ki, meydanda türkiyəli hakimlər var. Təşkilatçılar da bildirdilər ki, oyunu türkiyəli referilər idarə edəcəklər. Biz də otelə qayıtmalı olduq".
