17 yanvar 2015 18:00
Qurban Qurbanov: Əskişəhərsporun təklifi ciddi deyildi
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Muarem Muaremin Türkiyənin "Əskişəhərspor"a keçidi ilə bağlı aparılan danışıqlara münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz də futbolçumuzun Super Liqada oynamasını istərdik. Amma "Əskişəhərspor"un təklifi ciddi deyildi. Oyunçumuzun qiymətini aşağı salmağa hazırlaşmırıq. Çünki o, bizim üçün qiymətli futbolçudur. Leroy Corca gəlincə, onunla danışıqları meneceri aparırdı. Son üç gündə isə "Sivasspor"dan heç bir xəbər-ətər yoxdur. İndiki məqamda hər iki futbolçumuzun komandada qalmaq ehtimalı çox yüksəkdir".
