17 yanvar 2015 14:00

Namiq Yusifov: Muaremlə Leroy bizim üçün vacib oyunçulardır

"Qarabağ"ın yarımmüdafiəçisi Namiq Yusifovun azerisport.az saytına müsahibəsi

- Hazırlıq necə gedir?
- Hər şey yaxşıdır. Bizim üçün hər cür şərait yaradılıb.

- Komandanızın qış fasiləsinə qədərki çıxışını necə qiymətləndirə bilərsiniz?
- İki cəbhədə mübarizə aparmaq maraqlı idi. Amma buna baxmayaraq, pis təsir bağışlamadıq.

- UEFA-nın Avropa Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşdığınız Milan "İnter"i ilə ev oyununuzun nəticəsini dəyişəcəyinə ümidiniz var?
- Əlbəttə, ümid sonda ölür. Ona görə kiçik də olsa, ümidim var.

- Bu il daha güclü "Qarabağ" görə biləcəyik?
- Biz öz adımıza layiq oyun sərgiləməyə çalışacağıq.

- İnnosent Emeqaranın gedişini nəzərə alsaq, "Qarabağ"a yeni hücumçu lazımdır?
- Bu, məşqçilərin işidir. Amma komandada yüksək səviyyəli hücumçular nə qədər çox olsa, o qədər yaxşıdır. Emeqaraya uğurlar arzulayıram. O, istənilən komandada oynaya biləcək futbolçudur.

- Reynaldonun əvvəlki formasını bərpa edəcəyinə inanırsınız?
- Buna ümid edirəm. Reynaldo yaxşı oyunçudur. Bunu bir neçə dəfə sübut edib. Yenə də göstərəcək. Buna inanırıq.

- Amma Leroy Corcla Muarem Muaremin komandadan getməsi gündəmdədir...
- Məndə bu barədə xüsusi informasiya yoxdur. Sadəcə, onu deyə bilərəm ki, hər ikisi yüksək səviyyəli futbolçudur. Onlar komanda üçün vacibdilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.