17 yanvar 2015 13:30
Muarem Əskişəhərspor rəhbərliyi ilə görüşdü
"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem klub rəhbərliyinin icazəsi ilə Türkiyə "Əskişəhərspor"unun rəsmiləri ilə görüşüb. Azerisport.az xəbər verir ki, görüşdə makedoniyalı futbolçu türklərlə müqavilənin bəzi detallarını müzakirə edib.
Qeyd edək ki, hələlik, danışıqlar davam edir. Çünki klublar Muaremin transferi ilə bağlı tam razılığa gəlməyiblər.
