17 yanvar 2015 13:00
Maksim Medvedev və Riçard Almeyda sıraya döndü
"Qarabağ"ın daha iki futbolçusu sıraya dönüb. Azerisport.az xəbər verir ki, Maksim Medvedev yeni övladının dünyaya gəlməsi səbəbindən Bakıya qayıtmalı olmuşdu.
Artıq ona verilən icazə müddəti başa çatdığı üçün müdafiəçi komandasının Antalyadakı düşərgəsinə qayıdıb.
Digər qayıdış isə Riçard Almeyda ilə bağlıdır. Yarımmüdafiəçi uzun müddət idi ki, zədədən əziyyət çəkirdi. Amma o, bu gün ilk dəfə komandası ilə birgə məşq edib.
