17 yanvar 2015 12:45
Hafiz Məmmədov Lansın aksiyalarını heç kimə satmır
Fransanın "Lans" klubunun prezidenti Jerve Martel bəyan edib ki, Hafiz Məmmədov bu komandanın aksiyalarına rəhbərliyi davam etdirir və söz verdiyi 14 milyon avronu ödəyəcək. Azerisport.az xəbər verir ki, bu barədə "L'Equipe" qəzeti məlumat yayıb.
"Klubun auksioneri Hafiz Məmmədovdur və o, qalmaq istəyir. Məmmədovun müəyyən çətinlikləri var idi, amma onları həll etdiyini bildirdi. Hafiz Məmmədovun maliyyə vəziyyəti yaxşılaşır. O, bizə yanvarda 4 milyon, fevralda isə 5 milyon avro ödəyəcəyini bildirdi".
Martel onu da bəyan edib ki, müəyyən çətinliklərə baxmayaraq, "Lans"da maaşlar heç vaxt gecikməyib.
