17 yanvar 2015 12:25
Azərbaycan şirkəti ingilis klubunu ala bilər
Azərbaycanın "Gilan Holding" şirkəti İngiltərənin "Aston Villa" klubunu ala bilər. Azerisport.az xəbər verir ki, bu barədə sözügedən klubun sponsorlarından biri - Conni Quld məlumat verib.
Qeyd edək ki, bir ay öncə "Aton Villa"nın amerikalı milyarder Mark Kuban tərəfindən alınacağı bildirilirdi.
"Aston Villa"nın aksiyaları ötən il Rendi Lerner tərəfindən satışa çıxarılıb.
