İnter Kasımpaşaya qalib gəldi
Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu dördüncü sınağında Türkiyənin "Kasımpaşa" komandası ilə qarşılaşıb.
"İnter" bu oyundan da inamlı qələbə ilə ayrılıb.
Qeyd edək ki, "bankirlər" bundan öncə yerli "İnəgölspor" (4:1), Almaniyanın "Enerji" (1:1) və Qazaxıstanın "Kayrat" (3:1) klubları ilə yoxlama oyunu keçirmişdi.
Yoxlama oyunu
17 yanvar
"İnter" - "Kasımpaşa" - 3:1 (2:0)
Qollar: Junior Nildo, 10 (1:0), Məhəmməd Mirzəbəyov, 28 (2:0), Mikel Alvaro, 60 (3:1).
"İnter": Səlahət Ağayev, Laşa Salukvadze, Yohan Bokonyano, Nizami Hacıyev, Aleksandr Amisulaşvili, Derlis Meza Kolli, Məhəmməd Mirzəbəyov, Əfran İsmayılov, Coşqun Diniyev, Dieqo Madriqal, Junior Nildo.
