17 yanvar 2015 20:55
XL Metallurqa məğlub oldu
Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər Lənkəran” bu gün növbəti yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, Elbrus Məmmədovun komandası bu dəfə Ukraynanın “Metallurq” klubu ilə qarşılaşıb.
Oyunda hesabı cənub təmsilçisi açıb. Amma oyunun sonlarında iki qol vuran Ukrayna klubu əzmkar qələbəyə sevinib.
Qeyd edək ki, ilk yoxlama oyununda Türkiyənin həvəskarlardan ibarət “Təkirdağspor” klubu ilə 2:2 hesablı heç-heçə edən cənub təmsilçisi ikinci matçında Almaniyanın 3-cü Bundesliqasında mübarizə aparan “Kemnitser”ə uduzub – 0:2.
Yoxlama oyunu
17 yanvar
“Xəzər Lənkəran” – “Metallurq” (Zaporojye) - 1:2 (1:0)
Qol: Sadio Tounkara, 31 (1:0).
