Qarabağ məğlubiyyətlə başladı
Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Qurban Qurbanovun komandası Xorvatiyanın “RNK Split” klubu ilə qarşılaşıb.
Oyun son ölkə çempionumuzun məğlubiyyəti ilə başa çatıb.
Yoxlama oyunu
17 yanvar
“Qarabağ” - “RNK Split” - 1:3 (0:1)
Qol: N.Ələsgərov, 70 (1:2).
"Qarabağ"ın start heyəti: Fərhad Vəliyev, İlqar Qurbanov, Şəhriyar Əliyev, Admir Teli, Elçin İsmayılov, Tərlan Quliyev, Fuad Məmmədzadə, Cavid Tağıyev, Ruslan Hacıyev, Tural Rzayev, Tural İsgəndərov.
Qurban Qurbanov ikinci hissədə tam fərqli heyəti meydana buraxır: İbrahim Şehiç, Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev, Ansi Aqolli, Muarem Muarem, Hacı Əhmədov, Leroy Corc, Namiq Ələsgərov, Danilo Dias, Vüqar Nadirov.
