17 yanvar 2015 11:15

Ruslan Qurbanov: Neftçini tərk edəcəyimi dəqiq deyə bilmərəm

"Neftçi"nin hücumçusu Ruslan Qurbanovun azerisport.az saytına müsahibəsi

- "Neftçi" Türkiyədəki ilk oyununda Səudiyyə Ərəbistanı "Hajer"inə 3:1 hesabıyla qalib gəlsə də, birinci hissəni pis keçirdi. Yalnız ikinci hissədə yaxşı oynamağınıza səbəb nə idi?
- Hazırda biz fiziki hazırlığa daha çox diqqət ayırırıq. Yalnız axşam məşqlərində toplu çalışmalarla məşğul oluruq. Maraqlı oyun olsa da, yorğun idik. Buna görə də oyunların gedişində nəyinsə alınmaması normaldır. Həm də nəzərə almaq lazımdır ki, ərəblərlə görüş 2015-ci ildəki ilk oyunumuz idi. Növbəti oyunlarda daha yaxşı çıxış edəcəyimizi düşünürəm.

- Bu oyunu millinin baş məşqçisi də izləyirdi. Sizcə, Robert Prosineçkinin fevralda açıqlayacağı siyahıda yer ala biləcəksiniz?
- Bu, tək mənə yox, digər futbolçulara da əlavə motivasiya verir. Onun klubumuzun oyunlarını izləməsi bizim üçün stimuldur. Ümid edirəm ki, özümü yaxşı tərəfdən göstərə və milliyə dəvət ala biləcəyəm. Robert Prosineçki kimi baş məşqçinin rəhbərliyi altında oynamaq üçün əlimdən gələni edəcəyəm.

- Rauf Əliyevin "Neftçi"yə keçidini necə qarşıladınız?
- Rauf yaxşı futbolçudur və o, bunu həm klublarda, həm də yığmada sübut edib. Onun gəlişi rəqabəti daha da gücləndirdi. Hər bir hücumçu özünü baş məşqçiyə göstərməyə çalıacaq. Kimin oynayacağına isə baş məşqçi qərar verəcək.

- Qarşıda "Neftçi"ni "Ərciyyəspor"la oyun gözləyir...
- Super Liqa təmsilçisi ilə qarşılaşma xeyrimizə olacaq. Mən ümumiyyətlə, güclü komandalarla oynamağın tərəfdarıyam. Belə komandalarla oynayanda həmişə nəsə öyrənmiş olursan.

- Sizi komandanın əsas heyət oyunçusu saymaq olar?
- Həmişə öz üzərimdə işləməyə çalışıram. Əlbəttə, qol vurmağım yaxşıdır. Amma komanda yoldaşlarım olmasa, mən də buna nail ola bilmərəm.

- Sizə də Rusiya və Türkiyədən təkliflər var?
- Rusiya Premyer Liqasından bir, birinci divizionundan iki, Türkiyədən dən 2-3 variant var idi. Amma mənim "Neftçi" ilə müqaviləm var və komandanı tərk edib-etməyəcəyimi dəqiq deyə bilmərəm. Əlbəttə, Avropada oynamaq istərdim. Bunun üçün isə daha çox çalışmaq lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.