17 yanvar 2015 01:05

Saşa Stamenkoviç: Aqilə və Maksimə böyük hörmətim var

"Neftçi" Antalya hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın düşərgəsində 3 qapıçı - Saşa Stamenkoviç, Aqil Məmmədov və Maksim Vaylo qapıçılar üzrə məşqçi Pavel Doroşevin rəhbərliyi altında hazırlıq keçir.

Pavel Doroşev: "Baş məşqçinin proqramına əsasən məşqlərimizi davam etdiririk. Futbolçular bütün tapşırıqları yüz faiz yerinə yetirirlər. Açığı hər şeyin bu qədər yaxşı alınacağını gözləmirdim. Məşq üçün hər bir şərait yaradılıb. Meydança ideal vəziyyətdədir. Buna görə klub prezidenti Sadıq müəllimə təşəkkürümü bildirirəm. Çempionatın ikinci hissəsinə yüksək əhval-ruhiyyə ilə hazırlaşırıq. Hər şey əladır. Qapıçılarımızdan ikisi təcrübəlidir. Bu yaşda onlar üçün nəyisə kökündən dəyişmək yanlış olardı. Çalışırıq onlar öz güclü tərəfləri ilə zəif cəhətlərini sığortalasınlar. Maksim Vaylonu isə müəyyən qədər istiqamətləndirmək lazımdır. Aqil Məmmədova gəldikdə isə o əla qapıçıdır və məni yaxşı mənada təəccübəndirdi. Düşünürəm ki, O, Saşa Stamenkoviçlə yüz faiz rəqabət apara biləcək".

Aqil Məmmədov: "Birinci oyun olduğu üçün komandaya uyğunlaşmaq müəyyən qədər çətin idi. Çünki neçə il "Bakı"da oynamışam və "Bakı"dan sonra ilk komandam "Neftçi"dir. Şükür allaha pis alınmadı, birinci oyunumuzda qələbə qazandıq. İnşallah çalışacağıq ki, burdakı oyunlarda qələbə qazanaq və çempionata həvəslə gedək. Komandada yeni olduğum üçün çətinlik çəksəm də, düçünürəm ki, oynadıqca düzələcək".

Saşa Stamenkoviç: "Hazırlığın ilk mərhələsi ağır məşqlərdən ibarətdir. Vaxt keçdikcə daha yaxşı durumda olacağıq. Əsas odur ki, hazırlığın sonuna kimi heç kəs zədə almasın və hamı hazır vəziyyətdə Bakıya qayıtsın. Aqilə və Maksimə böyük hörmətim var. Rəqabətin olması normaldır. Belədə hər qapıçı ən yaxşı olmağa çalışır".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.