17 yanvar 2015 00:35

Məşqçilər Komitəsi Qəbələni də ziyarət etdi

AFFA-nın Məşqçilər Komitəsinin üzvləri Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Qəbələ”nin hazırlıqları ilə daha yaxından tanış olmaq üçün komandanın düşərgəsində olub. Azerisport.az xəbər verir ki, komitənin sədri Vaqif Sadıqov və üzvləri Ağasəlim Mircavadov, Şahin Diniyev, Şakir Qəribov baş məşqçi Roman Qriqorçuk, klubun baş meneceri Zaur Əzizov və komandanın rəisi Səbuhi Səfiyarlı ilə görüşüb.

Görüş zamanı Ukrayna və Azərbaycan futbolunun müqayisəsi, onların Avropa futbolunda tutduğu yer və aparılan işlərin nisbəti barədə fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları gənc futbolçuların yetişdirilməsi və bunun futbolun inkişafı üçün vacibliyi ilə bağlı məsələyə də toxunublar. Bu fikirlər söylənildikdən sonra ortaq məxrəcə gəlinib ki, daha çox diqqət aşağı yaş qruplarından olan komandalara yönəldilməlidir.

Məşqçilər Komitəsinin üzvləri onu da qeyd ediblər ki, aşağı yaş qruplarından olan yığma komandalarda “Qəbələ” Futbol Akademiyasının üzvlərinin yer alması klubda bu istiqamətdə böyük işlərin aparılmasından xəbər verir.

Qriqorçuk da bildirib ki, məşqçilər korpusunun işinin əsas istiqamətlərindən biri akademiyada görülən işlərin nəticəsinin əsas komandada sərgi kimi nümayiş etdirilməsidir: “Çox istəyirik ki, yaxın zamanda nəticə göstərək. Belə şəraiti olan komanda mütləq liderlər sırasında, 1-ci pillədə qərarlaşmalıdır”.

Yığıncaqda legioner limiti məsələsinə də toxunulub. Qriqorçuk bildirib ki, limitin azaldılmasının futbolun və futbolçuların inkişafına faydalı olub-olmayacağını birmənalı şəkildə demək olmaz. Bunun ölkə futboluna bələd olan mütəxəssislər müzakirə edib, ortaq məxrəcə gəlməlidir. Ukraynalı mütəxəssis onu da əlavə edib ki, gənc futbolçuların bir çoxu böyük futboldakı tapşırıqları yerinə yetirmək iqtidarında deyil.

Görüşdə bunun aradan qaldırılması üçün müəyyən işlərin aparılması, Premyer Liqa klublarının səviyyəsinin artırılması, aşağı dəstədə oyun səviyyəsinin qaldırılması da müzakirə olunub. Qriqorçuk öz növbəsində qeyd edib ki, Azərbaycan futboluna hələ yaxından bələd olmadığından hər hansı fikir yürüdə bilməz. Lakin çempionatın startından sonra bu məsələlərin müzakirəsində daha yaxından iştirak edə bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.