16 yanvar 2015 20:30
Cavid Hüseynov: Hələ Roman Qriqorçuku tərifləmək düzgün olmaz
"Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynov baş məşqçi Roman Qriqorçukla münasibətindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Baş məşqçinin hamı ilə münasibəti yaxşıdır. Hərdən qışqırır, hərdən zarafat edir. Mənə gəlincə, nədənsə münasibətimiz istidir (gülür). Bu məşqçi ilə işləmək mənə xoşdur. Hələlik, onu tərifləmək düzgün olmazdı. Çünki hələ onun rəhbərliyi altında bir dənə də rəsmi oyun keçirməmişik. İş prosesində təkcə mən yox, digər komanda yoldaşlarım da onun necə böyük məşqçi olduğunu görür".
