16 yanvar 2015 18:20
Qəbələ Adanasporla yoxlama oyunu keçirəcək
"Qəbələ"nin Türkiyə toplanışı çərçivəsində daha bir rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Roman Qriqorçukun komandası yanvarın 17-də yerli "Adanaspor"la yoxlama oyunu keçirəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. Qeyd edək ki, öncə "Qəbələ"nin Qazaxıstan klubu ilə oynayacağı bildirilirdi.
Yanvarın 17-də "Qəbələ" daha bir oyun keçirəcək. Saat 19:00-da star götürəcək həmin oyunda rəqib Ukrayna "Vorskla"sı olacaq.
