16 yanvar 2015 15:00
Qurban Qurbanov: Splitlə oyunda səhvlərimizin olması mümkündür
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiyanın "Split" klubuna qarşı keçirəcəkləri yoxlama oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, bizim üçün ilk oyun olacaq. Təbii ki, səhvlərimizin olması mümkündür. Bu, normaldır. Amma bu, rəqibə qeyri-ciddi yanaşacağımızı deməyə əsas vermir".
