16 yanvar 2015 14:45
Məşqçilər Şurası Qarabağın məşqində
AFFA-nın Məşqçilər Şurasının üzvləri bu gün Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ın məşqini izləyib. Azerisport.az xəbər verir ki, şura üzvləri - Şahin Diniyev, Vaqif Sadıqov, Ağasəlim Mircavadov və Şakir Qəribov Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovla görüşüb, onunla komandanın planları barədə söhbətləşiblər.
