16 yanvar 2015 14:00

Mirbağır İsayev: Bizim klublarda çalışmaq mənə maraqlı deyil

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Mirbağır İsayev Antalyadakı təlim-məşq toplanışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Hazırlıq prosesimiz dekabrın əvvəlindən başlayıb. Həmin vaxt seleksiya xarakterli toplanışımız oldu. Klublara müraciət etdim ki, ən yaxşı gənclərini bizə təqdim etsinlər. Yeddi gün ərzində 24 futbolçunu sınaqdan keçirdik. Onların arasından beş futbolçu seçdik. Onların da ikisi artıq yığmanın əsas heyətində oynamaq şansı qazanıb".

İsayev U-17-nin daha böyük uğurlar qazanmağa qadir olduğunu bəyan edib: "Geridə qalan altı il ərzində əsas yığmamızda Qara Qarayev kimi futbolçu peyda oldu. Ötən il o, ölkənin yaxşı futbolçusu seçildi. Onun "Qarabağ"dakı, millidəki oyununa nəzər yetirsək, ən yaxşı seçilməsi heç də təəccüblü sayılmamalıdır. Mən də ona səs vermişdim. İndi isə ikinci Qara Qarayev peyda olub. Mən ondan da böyük uğurlar gözləyirəm".

"Türkiyədə iki yoxlama oyunu keçirmişik. "Fənərbağça"ya böyük hesabla qalib gəldik - 9:0. Bu oyunda hücum xəttini sınaqdan keçirdim. Xorvatiya "Split"i ilə oyunda (0:4) isə müdafiə xəttini yoxladım. Oyun barədə danışmaq istəmirəm. Belə məsələləri öz köməkçilərimlə müzakirə etməyə üstünlük verirəm".

İsayev öz köməkçilərindən də danışıb: "Hollandiyalı Marko de Yonqun oyununu yaxşı xatırlayıram. Amma onu məşqçi kimi seçdim. Digər köməkçilərim Vladimir Miçoviçlə İsmayıl Məmmədovdur. Onlar "Abşeron"da çalışarkən də mənə kömək edirdilər. Bu insanlarla birgə komandamızı AÇ-nin elit mərhələsinə hazırlayırıq".

İsayev komanda üçün yaradılan şəraitdən də bəhs edib: "Şərait əladır. Hər kəsə məlumdur ki, komandamızın qarşısına AÇ-2015-in final mərhələsinə çıxmaq vəzifəsi qoyulub. Amma əsas hədəfimiz yığma komandamıza oyunçu hazırlamaqdır. U-17 də əsas millinin baş məşqçisi Robert Prosineçkinin oyun sistemi ilə çıxış edir. Onun mənim komandam barədə fikirləri çox önəmlidir".

Yığmamızın Türkiyədəki sınaq matçlarını çoxsaylı menecerlər izləyir ki, bunu İsayev də bilir: "Futbolçularımız başa düşməlidirlər ki, onlar yaxşı çıxış etməklə Avropa klublarının diqqət mərkəzinə düşə bilərlər. Hər şey öz əllərindədir - yaxşı oyna, daha iddialı xarici klublara yolun açılsın! Əlbəttə, Xorvatiya, Serbiya və Portuqaliya kimi yığmalara qarşı oynamaq çətindir. Amma futbolda asan heç nə yoxdur. Artıq "yaxşı oynayıb, yerli klublardan birinə keçim" düşünmək lazım deyil. Avropa barədə düşünmək lazımdır. Özümə gəlincə, məni yerli klublarda çalışmaq maraqlandırmır. Nə indi, nə də gələcəkdə. Bütün diqqətim yığmadadır. Bu komanda üçün əlimdən gələni edirəm. Meydanda uşaqların üstünə qışqıra bilərəm, amma meydandan kənarda onların böyük qardaşıyam".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.