16 yanvar 2015 13:15
Risto Ristoviç: Bakıya ancaq pulum ödəniləcəyi halda qayıdaram
"Bakı"nın serbiyalı yarımmüdafiəçisi Risto Ristoviç bəyan edib ki, paytaxt klubunun düşərgəsinə yalnız bir şərtlə qayıda bilər. Azerisport.az saytına açıqlamasında o, həmin şərtini də açıqlayıb:
"Bakı"ya yalnız bir şərtlə qayıdaram - mənə olan borc ödənilsə. Mənə başqa klublardan təkliflər var. Xüsusilə də Qazaxıstandan tez-tez maraqlanırlar. Menecerim hazırda bu məsələlərlə yaxından məşğul olur".
