16 yanvar 2015 13:00

Simurq - Duysburq matçında nələr baş verdi?

Antalyada qış təlim-məşq toplanışında olan "Simurq" ötən gün hazırlıq çərçivəsində ikinci yoxlama görüşünü keçirdi. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun rəqibi Almaniyanın "Duysburq" klubu oldu.

"Sarı-qaralar"ın baş məşqçisi Georgi Çixradze "qalib heyəti dəyişməzlər" prinsipinə uyğun olaraq. ilk görüşdəki start heyətini meydana buraxmışdı. Yalnız yüksək temperatur səbəbindən bu oyunda forma geyinə bilməyən İlkin Qırtımovun əvəzinə Kənan Müslümova şans verilmişdi.

Qarşılaşmada ilk qol vəziyyətin almanlar yaratsa da, hesabı "Simurq" açdı. 23-cü dəqiqədə Samir Zərgərov dəqiq zərbə ilə komandasını hesabda önə çıxardı. Ancaq bu qoldan 5 dəqiqə sonra rəqib bərabərlik qolunu vurmağı bacardı. İlk hissə bu hesabla da başa çatdı.

İkinci hissənin əvvəlində "Simurq"un heyətində dəyişiklik edildi. Pavel Kapsa, Kənan Müslümov və Marko Stanoyeviçin əvəzinə Amil Ağacanov, Vadim Abdullayev, Stepan Polyak meydana daxil oldu. Ancaq fasilədən sonra hər şey zaqatalalılar üçün pis alındı. Samir Zərgərovun birbaşa qırmızı vərəqə ilə meydandan qovulmasından sonra rəqib oyunda üstünlüyü ələ aldı. Bunun nəticəsi kimi almanlar 49-cu dəqiqədə penaltidən vurulan qolla hesabda önə keçdilər. Vəziyyətə müdaxilə etməyə çalışan məşqçilər korpusu 51-ci dəqiqədə Rəşad Eyyubovla Banaş Adamı Murad Səttarlı və yeni transfer Xuan Alvarado ilə əvəzlədi. Ancaq bundan bir dəqiqə sonra "Duysburq" 3-cü qolu  vurdu. 79-cu dəqiqədə isə hesab arasındakı fərq üçə qalxdı və görüş bu nəticə ilə başa çatdı - 1:4. Beləcə, "Simurq" ilk yoxlama görüşündə 3:1 hesabı ilə qalib gəlsə də, bu dəfə tam fərqli nəticəyə imza atdı.

Bu gün hazırlıq proqramına əsasən məşqçilər korpusu futbolçulara istirahət verib. "Simurq"un növbəti yoxlama görüşü isə yanvarın 18-nə nəzərdə tutulub. Rəqib Qazaxıstanın "İrtış" klubu olacaq. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.