16 yanvar 2015 12:30
Qəbələ Zimbabvedən gələn oyunçu ilə bağlı qərarını verdi
"Qəbələ" Türkiyənin "Əskişəhərspor" klubu ilə yoxlama oyunundan sonra baxışa gələn daha bir futbolçu ilə bağlı qərarını verib. Azerisport.az xəbər verir ki, baş məşqçi Roman Qriqorçuk Dennis Daudanı bəyənməyib.
Zimbabvedən olan futbolçu 3-4 gün komandanın düşərgəsində olub, məşqlərdə iştirak edib. Amma müdafiəçi məşqçilər korpusunun rəğbətini qazana bilmədiyindən, geri qaytarılıb.
