16 yanvar 2015 12:15
Qəbələ ikinci oyununda sülh bağladı
Antalyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası ötən gün ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, bir gün öncə yerli "Antalyaspor"lu yaşıdları ilə qarşılaşan təmsilçimiz (0:2) bu dəfə "Kunduspor"un U-17 komandası ilə üz-üzə gəlib.
Matç 2:2 hesabı ilə yekunlaşıb. Təmsilçimizin heyətində Rüstəm Nuriyev və Eldost Qiyasbəyli fərqlənib.
"Qırmızı-qaralar"ın toplanış çərçivəsində üçüncü - son oyunu yanvarın 18-də baş tutacaq. Rəqibin adına bu gün aydınlıq gələcək.
