16 yanvar 2015 11:30
Millimiz yoxlama oyununda qalib gəldi
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, millimiz Macarıstan yığması ilə qarşılaşıb.
Qarşılaşma 5:2 hesabı ilə komandamızın xeyrinə yekunlaşıb. Macarıstan yığmasının qapısından topları Elvin Quliyev, Sabir Allahquliyev, Orxan Məmmədov, Zeynal Zeynalov və Renat Sultanov keçirib. (AFFA)
