16 yanvar 2015 11:15
Emil Balayev ehtiyatda qaldı
Almaniyanın "Ayntraxt" klubu Əbu-Dabi toplanışı çərçivəsində yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda digər Bundesliqa klubu "Hamburq"la qarşılaşıb.
Oyun Frankfurt təmsilçisinin 3:2 hesablı qələbəsiylə başa çatıb. "Ayntraxt"ın şərəfini qoruyan Azərbaycan yığmasının qapıçısı Emil Balayev oyunu ehtiyatdan izləyib.
