16 yanvar 2015 11:00

Vaqif Cavadov: Türkiyə karyeram hələ başa çatmayıb

"Qaziantepspor Böyükşəhər Bələdiyyəspor"un futbolçusu Vaqif Cavadov azerisport.az saytına müsahibəsində Türkiyə karyerasından, Eddi İsrafilovun Azərbaycan millisinə çağırılmasından, eləcə də Robert Prosineçkidən danışıb.

- Türkiyə mətbuatı klubunun səninlə vidalaşdığını yazıb. Bu barədə məlumatlısan?
- Hazırda istirahətdəyəm. Klubdan mənimlə əlaqə saxlayan olmayıb. Türkiyəyə qayıdan kimi klub nümayəndələriylə görüşüm olacaq. Həmin görüşdə bütün məsələlər həllini tapacaq.

- Yəni ola bilər ki, klubu tərk edəsən?
- Bu barədə indi heç nə deyə bilmərəm. İstənilən halda Türkiyə karyeram başa çatmayıb. Orada bir neçə təklif var. Maraqlı təkliflər olsa belə, heç kimlə danışmıram. Çünki "Qaziantepspor Böyükşəhər Bələdiyyəspor"la müqaviləm var. İstəyirəm sona qədər oynayım. Alınmasa, başqa kluba keçəcəyəm. Hələlik, Azərbaycana qayıtmaq barədə düşünmürəm.

- Türkiyədə oynamaq nə qədər çətindir?
- Düzünü deyim, ki asan deyil. Azərbaycan Türkiyə ilə yaxşı münasibətlərə malik olsa belə, futbolda heç kimə güzəşt yoxdur. Legioner meydana çıxmaq üçün yerli futbolçudan iki dəfə yaxşı olmalıdır. Yalnız bu halda məşqçilər sənə etibar edir.

- Türkiyə karyeranı necə qiymətləndirirsən?
- Özüm haqda danışmaq istəməzdim. İzləyənlər bilir ki, əksər oyunlardan meydanda olmuşam. Daha çox qol vura bilərdim. Bununla belə pis oynamışam. Hər oyunda komandanın qələbə qazanması üçün çalışmışam.

- Millinin futbolçusunun birinci liqada çıxış etməsi nə deməkdir?
- Türkiyə birinci liqasında 18 komanda var. Bu o deməkdir ki, orada rəqabət var. Kifayət qədər güclü çempionatdır. Azərbaycan Premyer Liqasıyla müqayisə etsəm, Türkiyə klublarının zəif olmadığını deməliyəm. Türkiyənin birinci liqadakı klubları "Qarabağ"la "İnter"i çıxmaq şərtiylə Premyer Liqada çıxış edən digər komandalarımızdan fərqlənmir. Demək olar ki, eyni gücdədirlər.

- Yeri gəlmişkən, keçmiş komandanda baş məşqçi Kaxaber Sxadadze Gürcüstan millisiylə müqavilə imzalayıb. Səncə, onun gedişi kluba təsir edəcək?
- Sxadadzenin gedişi "İnter"ə təsir etməyə bilməz. O, komandanı yaxşı tanıyır. Daim mükafatçılar sırasında yer alıblar. Bəzən mövsümə uğursuz başlasalar da, sonrada yaxşı nəticə göstəriblər. Bu mənada "İnter"in uğurlarında Sxadadzenin əməyi böyükdür. Onun rəhbərliyi altında çıxış edəndə çox şeyi öyrənmişəm. O gedəndən sonra komanda üçün çətin olacaq.

- Millinin yeni baş məşqçisi Robert Prosineçki haqda nə fikirdəsən?
- Prosineçki haqda həmkarlarımdan yalnız yaxşı sözlər eşitmişəm. Birinci liqada çıxış edən futbolçular deyir ki, hətta birinci liqanın oyunlarına gəlir. Bu mənada Prosineçkinin işinin yığmamızda uğurlu alınacağına inanıram. Çox vaxtı Azərbaycanda olur. Çalışır yerli futbol mentalitetini öyrənsin.

- İspaniyanın "Qranada" klubunun şərəfini qoruyan Eddi İsrafilov bundan sonra millimizdə çıxış edəcək. Səncə, onun gəlişi yığmanı gücləndirə bilər?
- Bizim millidə çox mehriban atmosfer var. Hər bir yeni futbolçunu yaxşı qarşılayırıq. Onun öyrəşməsinə dəstək oluruq. Düzünü desəm, İsrafilovun oyununu izləməmişəm. Amma əgər Prosineçki dəvət edibsə, deməli onu bəyənib. Hər halda baş məşqçi zəif futbolçunu yığmaya çağırmaz. O da istəyir ki, Azərbaycan millisi yaxşı oyun sərgiləsin.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.