16 yanvar 2015 01:00
Robert Prosineçki Rəşad Sadıqovun kapitanlığından danışdı
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki millimizin kapitanlıq postundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kapitan seçimi mənim üçün elə də böyük önəm kəsb etmir. Hansı komandanı götürmüşəmsə, kapitan öz postunda qalıb. Əgər onu seçiblərsə, deməli, güvənirlər. Azərbaycan yığmasında da eyni qərarı vermişəm, Rəşad Sadıqovu kapitan postunda saxlamışam. Əgər belə bir təcrübəli futbolçu millinin kapitanıdırsa, onu niyə dəyişməliyik?"
