16 yanvar 2015 00:55
Qurban Qurbanov: Muarem getsə, onu əvəzləyəcək futbolçu alacağıq
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Muarem Muaremin Türkiyənin "Əskişəhərspor" klubuna mümkün keçidindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Əlbəttə, "Qarabağ"ın öz futbolçusunu Türkiyə Super Liqasında çıxış edən kluba satması yaxşı olardı. Amma klublar bəzi məsələlərdə ortaq məxrəcə gələ bilmirlər. Əgər Muarem getsə, biz başqa futbolçu axtarmaq məcburiyyətində qalacağıq ki, onun yoxluğunu hiss etməyək".
