15 yanvar 2015 20:30
Robert Prosineçki: Mənə deyilib ki, rəqib İordaniya ola bilər
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Türkiyə toplanışı çərçivəsində hansı komanda ilə qarşılaşmağa yaxın olduqlarını açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Danışıqlar hələ davam edir. Sadəcə, onu deyə bilərəm ki, rəqib Litva yığması olacaq. Amma bu gün səhər yığmanın administratoru mənə dedi ki, rəqib İordaniya komandası ola bilər. Mən də dedim ki, problem yoxdur. Məsələ burasındadır ki, sözügedən vaxtda rəqib tapmaq çox çətindir".
