15 yanvar 2015 21:00
Azərbaycan millisi Splitə böyük hesabla uduzdu
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandası bu gün daha bir yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, millimiz Antalya toplanışı çərçivəsində Xorvatiyanın "Split" klubunun əsas heyəti ilə qarşılaşıb.
Mirbağır İsayevin komandası bu görüşdən 0:4 hesablı məğlubiyyətlə üzləşib.
Millimiz meydana aşağıdakı heyətlə çıxıb: Tural Osmanov, Elvin Dəmirov, Kənan Zülfüqarov, Ruslan Bədavi, Anton Krivotyuk, Hacı Hacıyev, Kazım Birkan, Səid İbadov, Xəlqi İbrahimov, Murtuzəli Abakarov, Qara Qarayev.
Xatırladaq ki, bu gün səhər U-17 yığmamız "Balkan Fənərbağça" klubunun 17 yaşlıları ilə də qarşılaşmış və 9:0 hesabıyla qalib gəlmişdi.
