15 yanvar 2015 17:15
Azərbaycanlı futbolçulardan Fənərbağçaya 9 cavabsız qol
Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan 17 yaşlı futbolçulardan ibarət komandası bu gün yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, millimiz "Balkan Fənərbağça" klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
Qarşılaşma millimizin 9:0 hesablı qələbəsiylə başa çatıb.
