15 yanvar 2015 16:45

Abdullayev: Simurqda daha tez-tez qol vurmağa çalışacağam

"Simurq"un yeni transferi, "Xəzər Lənkəran"ın sabiq yarımmüdafiəçisi Elnur Abdullayevin azerisport.az saytına müsahibəsi

- Dekabrda "Xəzər Lənkəran"la yollarınızı ayıran kimi "Simurq"a keçdiniz. Bu, necə baş verdi?
- Heç kim öncədən deyə bilməz ki, o, hansısa komandada həmişəlik qalacaq. Bu gün burdasan, sabah başqa komandada peyda ola bilərsən. Bu, normaldır. "Simurq"dan mənə təklif gəldi, baxdıq, danışdıq və razılığa gəldik. İndi yeni komandamla birgəyəm. Hər şey normaldır.

- Başqa klublardan da təklif almışdınız?
- Bəli. Yerli klublarla yanaşı, Türkiyədən də dəvət vardı. Amma mən "Simurq"u seçdim. İndi yeni komandama uyğunlaşmağa çalışıram. İnanıram ki, Zaqatala klubu ilə uğur qazana biləcəyəm.

- "Xəzər Lənkəran"da uzun müddət idi forma geyinirdiniz. "Simurq" karyeranız da belə uzun sürəcək?
- Dörd il idi Lənkərandaydım. Həm yaxşı, həm də pis günlərim oldu. Amma indi "Simurq"un futbolçusuyam. Yeni komandamın uğur qazanması üçün əlimdən gələni edəcəyəm. Ümid edirəm ki, "Simurq" karyeram da uzun sürər. Niyə də olmasın?

- Sizinlə yanaşı "Xəzər Lənkəran"ı xeyli oyunçu tərk etdi. Bu, sabiq klubunuzun işini nə drəəcədə çətinləşdirə bilər?
- Onlara uğurlar arzulayıram. Allah dözüm versin.

- "Simurq"un azarkeşləri barədə nə deyə bilərsiniz?
- Qoy onlar bizi dəstəkləməyə davam etsinlər. Allah eləsin ki, biz də onları öz qələbələrimizlə sevindirək.

- Artıq "Simurq"la ilk oyununuza çıxmısınız və komandanız qələbə qazanıb, siz isə qol vurmaqla yadda qalmısınız...
- Hər şey əla alındı. Qələbə qazanmaq həmişə xoşdur. Qol vurduğum üçün də şadam. Çalışacağam ki, "Simurq"da daha tez-tez qol vurum.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.