15 yanvar 2015 15:45
Subaşiç Cavadovla birgə oynaya bilər
Türkiyənin "Qaziantep BB" klubu Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçlə maraqlanır. Azerisport.az xəbər verir ki, "Manisaspor"a məxsus Subaşiçin bu komandaya keçidi baş tutsa, millimizin keçmiş forvardı digər komanda yoldaşı Vaqif Cavadovla birgə çıxış edə bilər.
Amma Vaqifin də hazırda "Qaziantep BB" klubunda qalıb-qalmayacağı hələlik, sual altındadır.
