15 yanvar 2015 12:10
Qəbələ Antalyaspora məğlub oldu
Antalyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası ilk yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, yerli "Antalyaspor"lu yaşıdları ilə qarşılaşan təmsilçimiz 0:2 hesabilə məğlub olub.
"Qırmızı-qaralar"ın toplanış çərçivəsində ikinci oyunu bu gün - yanvarın 15-də baş tutacaq. "Qəbələ" "Kunduspor"un 17 yaşlıları ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə 20:30-da start götürəcək.
