15 yanvar 2015 11:20
"Simurq Azərbaycanın ən güclü klublarından biridir"
Qazaxıstanın "Şaxtyor" klubunun baş məşqçisi Vladimir Çeburin komandasının Türkiyədə keçirdiyi yoxlama oyunlarından danışıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Birinci oyunda Türkiyə komandası üzərində qələbə qazandıq. İkinci oyunda Əlcəzairin kifayət qədər güclü və formalaşmış heyətə malik komandası ilə qarşılaşdıq. Ölkəsinin favorit komandalarındandır. "Simurq"u qiymətləndirsək, bu komanda da Azərbaycanın güclü klublarından biridir. Güclü komandalarla yoxlama oyunu keçirməyə çalışırıq. Yeni futbolçuları sınaqdan keçirdiyimiz üçün bizə asan rəqiblər lazım deyil".
