15 yanvar 2015 11:00
Neftçi İran klubu ilə yoxlama oyunu keçirməyəcək
"Neftçi" yanvarın 17-də İranın "Fulad" komandası ilə yoxlama oyunu keçirməliydi. Amma azerisport.az xəbər verir ki, iranlılarla görüş baş tutmayacaq.
Bu komandanın əvəzində bakılılar Rumıniyanın "Petrolul" klubu ilə qarşılaşmağa qərar veriblər. Rumınlarla görüşün öncədən yanvarın 23-də keçirilməsi nəzərdə tutulmuşdu. Amma sonradan "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednikin rəhbərlik etdiyi bu komanda ilə ayın 17-də qarşılaşmağa dair razılıq əldə olunub.
