15 yanvar 2015 01:25
Simurq Qaradağ Lökbatana divan tutdu
"Simurq"un əvəzedici heyəti qış təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, yanvarın 4-dən Zaqatalada hazırlıqlara başlayan Rövşən Babayevin yetirmələri ötən gün ilk yoxlama görüşünə çıxıb.
Sözügedən komanda "Dalğa Arena"da 1-ci divizion təmsilçisi olan "Qaradağ Lökbatan"la qarşılaşıb. "Simurq"un əvəzediciləri bu görüşdən 3:0 hesabı ilə qalib ayrılıb. "Sarı-qaralar"ın qollarını Dəyanət Əsilli (2) və Vüsal İsgəndərli vurub. (klub saytı)
