15 yanvar 2015 01:10
Lokomotivin forvardı təsdiq etdi: Azərbaycan klubu mənimlə maraqlanır
Bolqarıstanın "Lokomotiv" klubunun hücumçusu Dani Kiki Azərbaycan klublarından ona təklif gəldiyini təsdiqləyib. Azerisport.az xəbər verir ki, Plovdiv təmsilçisinin futbolçusu yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Mənə həm Bolqarıstandan, həm də əcnəbi klublardan təkliflər var. Birincisi Sofiya təmsilçisindəndir. Digər təklif isə Azərbaycan klubundandır".
