15 yanvar 2015 00:25

Rauf Əliyev: Komandamın maliyyə problemi ilə üzləşməsi mənim günahımdır?

Azərbaycan yığmasının və "Neftçi"nin hücumçusu Rauf Əliyevin azerisport.az saytına müsahibəsi

- Yeni klubunuzdakı uğurlu debüt münasibətilə sizi təbrik edirik. İlk oyununuzda "Neftçi" 3:1 qələbə qazandı, siz dubla imza atdınız..
- Sağ olun. Şadam ki, bu oyunda iki qol vura bildim.

- İkinci qol daha maraqlı alındı...
- Hə. Çalışdım ki, həm özümü, həm də "Neftçi"ni sevindirim.

- Yəqin ki, tribunada əyləşənlər arasında Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin də olduğunu gördünüz...
- Hə, fasilədə öyrəndim ki, o da oyunumuzu izləməyə gəlib.

- Altı aydan sonra bu klubu da tərk etməyiniz mümkündür?
- Bilirəm ki, mənim haqda çoxlu xoşagəlməz şeylər yazırlar. Amma mən bunlara fikir verməməyə çalışıram. Məgər oynadığım klubların maliyyə problemi ilə üzləşməsi mənim günahımdır? Elə vəziyyət yaranır ki, getmək məcburiyyətində qalıram.

- Yayda "Bakı"nı "Xəzər Lənkəran"a dəyişdiniz, indi də cənub klubunu "Neftçi"yə. Buna özünüz necə baxırsınız?
- Mən "Bakı"nı tərk etmək barədə düşünmürdüm. Amma klub mənə olan borcunu ödəyə bilmirdisə, nə edə bilərdim? Altı ay ərzində bir qəpik də almadığıma görə getməli oldum. Sonra "Xəzər Lənkəran"da da eyni problemlərlə üzləşdim və yenə klubumu dəyişmək zərurəti yarandı.

- Olmazdı ki, klubun maliyyə problemlərinə qatlaşıb qalasınız?
- Mən bununla heç nəyə nail ola bilməzdim. Oynadığım komanda sonuncu yerdə gedir, mən isə yığmada oynamaq, ora dəvət almaq istəyirəm. Həm də altı ay pulsuz oynamaq çox çətindir.

- Yayda bu "ənənə"nin davam etməsi barədə heç bir proqnoz vermədiniz...
- Ümid edirəm ki, müqaviləmin sonunadək "Neftçi"də qalacağam. Yeni klubumla ilyarımlıq müqavilə imzalamışam.

- Bəs "Neftçi"dəki hədəfiniz nədən ibarətdir?
- (düşünür) Düzünü deyim ki, nəyə nail olacağımızı indidən deməkdə çətinlik çəkirəm. Amma hər şeyin yaxşı olacağına ümidliyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.