15 yanvar 2015 00:15
Vaqif Cavadov: Hər şeyə yaxın iki gün ərzində aydınlıq gələcək
"Qaziantepspor Böyükşəhər Bələdiyyəspor"un və Azərbaycan millisinin futbolçusu Vaqif Cavadov Türkiyədəki karyerası barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yaxın iki gün ərzində Türkiyədə klub nümayəndələriylə görüşüm olacaq. Yalnız bundan sonra karyeram haqda dəqiq məlumat verə bilərəm. Qardaş ölkənin başqa komandaları tərəfindən bir neçə təklif var. Sadəcə, mən müqaviləylə "Qaziantepspor Böyükşəhər Bələdiyyəspor" komandasına məxsusam. Həmin klubda oynamaq fikrindəyəm. Sadəcə, son zamanlar mətbuatda yayılan məlumatlar mənə deyilməyib. İstirahətdən qayıdandan sonra məsələni dəqiqləşdirəcəm".
