15 yanvar 2015 00:00
FİFA təlimatçısı hakimlərimizin Antalya toplanışında iştirak edəcək
FİFA təlimatçısı Aleksey Spirin azərbaycanlı hakimlərin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında iştirak edəcək. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytına Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.
Məmmədov bildirib ki, FİFA təlimatçısı yanvarın 21-dən 26-dək hakimlərimizin hazırlığını müşahidə edib, məsləhətlərini verəcək. (PFL)
