14 yanvar 2015 23:40
AFFA-nın baş katibi Football Talks 2015 konfransında
AFFA-nın baş katibi Elxan Məmmədov bu gün Portuqaliya Futbol Federasiyasının dəvəti əsasında “Football Talks 2015” konfransında iştirak edir. Azerisport.az xəbər verir ki, UEFA-nın prezidenti Mişel Platini, həmçinin Avropa futbol təşkilatının İcraiyyə Komitəsinin üzvləri də konfransa qatılıblar.
Tədbir Portuqaliya Futbol Federasiyasının yaradılmasının 100 illik yubileyi ilə əlaqədar olaraq keçirilir. (AFFA)
