14 yanvar 2015 23:30
Qarabağın məşqçiləri artıq Hollandiyadadır
Xəbər verdyimiz kimi, "Qarabağ"ın müxtəlif yaş qrupları üzrə komandalarının məşqçiləri bu gün Hollandiyaya gedib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun məşqçiləri idman direktoru Con van Loenin rəhbərliyi altında onun vətəninə üz tutublar.
Təmsilçilərimiz artıq adıçəkilən ölkədədir. Orada onlar "Ayaks", PSV, "Feyenoord" və "Utrext" kimi klubların bazasına baş çəkib, yerli çempionatın oyunlarını izləyəcəklər. (klub saytı)
