14 yanvar 2015 23:25
Arif Əsədov Məsimovun Adanaspora mümkün keçidini dəyərləndirdi
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Samir Məsimovun Türkiyənin "Adanaspor" klubunun maraq dairəsinə düşməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Prinsipcə, biz digər klubların futbolçularımızla bağlı sərfəli təkliflər irəli sürməsinə qarşı deyilik. Bu, həm Məsimova, həm də digər futbolçularımıza aiddir. Amma fikrimcə, "Adanaspor" Samirin inkişafına şərait yarada biləcək klub deyil".
