14 yanvar 2015 23:05
Türkiyə qanunları Neftçiyə qarşı
"Bakı"dan ayrılan yarımmüdafiəçi Rəhman Hacıyev "Neftçi" ilə anlaşıb. Azerisport.az xəbər verir ki, hələlik, paytaxt klubu onun transferini rəsmən açıqlamasa da, futbolçunun karyerasını bu komandada davam etdirəcəyi dəqiqləşib.
Amma o, yeni komandasının Antalyadakı təlim-məşq toplanışına qoşula bilmir. Buna səbəb Rəhmanın "Qaziantep BB" klubundan ayrılıb Bakıya qayıdarkən deportasiya edilməsidir. Bu üzdən də onun yenidən qardaş ölkəyə qayıtması müşkülə çevrilib.
"Neftçi"nin baş məşqçisi Arif Əsədovun sözlərinə görə, Hacıyev hazırda Bakıda məşq edir.
